Anhedoniya - geniş yayılan psixi pozuntu halı
03.12.2023 10:52

Anhedoniya depressiv vəziyyət və heç bir şeydən ləzzət ala bilməmək kimi müəyyən edilən bir ruh halıdır.

 

Depressiya əlamətlərindən biri olaraq da təyin olunan bu vəziyyət bu gün bir çox insanın əziyyət çəkdiyi problemlərdən biridir.
Aztibb.az xəbər verir ki, uzman psixoloq Cəmilə Rəhimli ,Anhedoniyanın səbəblərini sadalayıb.


Psixoloq qeyd edib ki, hansı şərtlərin bu xəstəliyə səbəb olduğu aydın olmasa da, bu vəziyyətə gətirən bəzi səbəblər var və müəyyən şərtlərin səbəb olduğu düşünülür.


Anhedoniyanın səbəbləri aşağıdakılardır:


- Anormal psixi vəziyyət
- Psixi problemlər
- Psixoloji amillər və problemlər
- Maddələrə aludə olan şəxs
- Təhsilin olmaması və qeyri-adekvatlığı


Bu vəziyyətlə qarşılaşan insanlar əvvəllər zövq və həyəcanla etdikləri işləri artıq etmək istəmirlər. Bəzi fəaliyyətləri etmək məcburiyyətində olduqları üçün edirlər və zərrə qədər zövq almazlar.


Qeyd olunan fəaliyyətlər idman, musiqi, ictimai fəaliyyətlər, hobbilər və s. ola bilər. Burada vacib olan fəaliyyətin nə olduğu deyil, o fəaliyyətin insana artıq heç bir zövq verməməsidir.


Anhedoniyanın çoxlu müxtəlif səbəblərini nəzərə alsaq, qəti və yeganə həll üsulu olduğunu deyə bilmərik. Vəziyyətin düzgün müəyyən edilməsi və həlli üçün tibbi və psixoloji səbəblərə görə bir mütəxəssisə müraciət etmək lazım olduğu görünür.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev