Sürətli arıqlama və iştahsızlıq hər hansısa bir xəstəliyin əlaməti ola bilər
03.12.2023 07:56

Əgər insan öz istəyi ilə (pəhriz) arıqlamırsa və iştahsızdırsa, deməli bu hər hansısa bir xəstəliyin əlamətidir.


Aztibb.az xəbər verir ki, ümumi cərrah Toğrul Məhərrəmovun bildirdiyinə görə, bütün xəstəliklərin özünəməxsus simptomları olur. İnsanlar isə psixoloji olaraq istənilən problemdə ən son mərhələdən sonra həkimə müraciət etməyə qərar verirlər.


Bu isə ağır nəticələrə səbəb olur. Xüsusilə baş ağrısı, iştahsızlıq və sürətli arıqlama mədə xərçəngi ilə əlaqəli ola bilər. Bu əlamətlər hər zaman xərçəng xəstəliyinin ilkin simptomları kimi götürülməsə də, bunlara biganə yanaşmaq olmaz.


Qeyd edək ki, bu xərçəng növü udmaqda çətinlik, az yemək yeməsinə baxmayaraq toxluq hissi və mədədə şişkinlik hissi, yorğunluq, həzmsizlik, ürək yanması, ürəkbulanma, mədə ağrısı, anormal kilo itkisi kimi bir çox fərqli əlamətlərlə özünü göstərə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev