İstanbulun yeddi rayonunda COVID-19 xəstələrinin sayı artıb  
27.10.2020 08:52

İstanbuldakı xəstə sayı Türkiyədə ümumi yoluxanların 40 faizini təşkil edir. Bu, ölkədəki ümumi vəziyyətlə bağlı daha çox narahatlıq yaradır. Risk mövsüm şərtləri səbəbindən gedərək artacaq.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Türkiyənin Səhiyyə naziri Fahrettin Koca İstanbul Valiliyində şəhərdəki COVID-19-la bağlı son vəziyyətlə əlaqədar keçirilən toplantı zamanı bildirib.

 

İstanbulun dünyanın ən sıx şəhərləri arasında 14-cü yerdə olduğunu deyən nazir bunun virusun yayılması baxımından problem yaratdığını söyləyib.

 

Artım nisbəti İstanbulun 11 rayonunda 50-60, 10 rayonunda 60-70, yeddi rayonunda isə 70-80 faizdir. Bunun ən əsas səbəbləri isə tədbirlərin yumşalması və əhalinin tətillərdən şəhərə qayıtmasıdır. Bu səbəbdən ictimai nəqliyyatda, iş saatlarında tənzimləmələr, bəzi sahələr üzrə distant iş qrafikinə keçid nəzərdə tutulur.

 

Qeyd edək ki, Türkiyədə son sutka ərzində 2198 nəfər koronavirusa yoluxub, 75 nəfər isə bu virus səbəbindən ölüb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib