HİV müalicəsində perspektivli inkişaf – Yoluxmanın qarşısı alına bilər
02.12.2023 11:55

İİV virusunun orqanizmə yoluxmasının qarşısını alan yeni dərman hazırlanıb. Dərman xəstəliyin ötürülməsi prosesi üçün effektiv bir profilaktika olduğunu sübut edib.

Aztibb.az “Medimagazin” portalına istinadən xəbər verir ki, İİV-in müalicəsində istifadə üçün hazırlanmış dərman Böyük Britaniyada 24 min insan üzərində sınaqdan keçirilib. Aparılan araşdırmalar nəticəsində dərman “təskinlik verici” kimi qiymətləndirilib.

Tədqiqat 2017-ci ilin oktyabrından 2020-ci ilin iyuluna qədər İngiltərədə 157 cinsi sağlamlıq klinikasında aparılıb. Araşdırma “PrEP”dən istifadə ilə HİV-ə yoluxma ehtimalının 86 faiz azaldığını göstərib. Tədqiqatın nəticələri “LANCET HIV” jurnalında dərc edilib.

Hazırkı HİV müalicəsi dərmanları “Tenofovir disoproxil” və “Emtricitabin”ə daxil olan PrEP (cinsi əlaqə öncəsi alınan dərman), HİV-in bədənə daxil olmasını dayandırır. Gündəlik istifadə və ya cinsi əlaqədən əvvəl qəbul edilməsi tövsiyə edilir.

Dərmanın effektivliyi düzgün istifadədən asılıdır

 

Tədqiqat HİV-in ötürülməsinin qarşısının alınmasında “PrEP”in effektivliyini bir daha nümayiş etdirib.


Tədqiqatçılar dərmanın effektivliyinin bir çox amillərdən, xüsusən də dərmanın düzgün qəbul edilib-edilməməsindən asılı olduğunu bildirib.

"PrEP Impact Trial"a rəhbərlik edən Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi qeyd edib ki, dərmanın effektivliyi hökumətin 2030-cu ilədək “sıfır HİV ötürülməsi” məqsədinə nail olmağa kömək edəcək, lakin bu dərmanı daha çox insanın qəbul etməsinə ehtiyac var.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev