Şüalardan qoruyan linzalar göz xəstəliklərinə də faydalı olacaq
02.12.2023 08:59

Əbu-Dabidəki Xəlifə Universitetinin alimləri ultrabənövşəyi şüalardan qoruyan ən müasir kontakt linzalar hazırlayıblar.

Aztibb.az “Planet Today” nəşrinə istinadən xəbər verir ki, onlardan istifadə bir sıra göz xəstəliklərinin qarşısını almağın bir yolu ola bilər. Müvafiq hesabat “Nature” jurnalında dərc olunub.

Normal işıqlandırma şəraitində bu keçid kontakt linzaları ultrabənövşəyi işığın təxminən 45%-ni və mavi işığın 20%-ni effektiv şəkildə bloklayır.

Mavi işıq smartfonların, televizorların, kompüter monitorlarının və noutbukların ekranlarından yayılır. Onun uzun müddət məruz qalması quru göz sindromuna, tor qişanın mərkəzi nahiyəsinin distrofiyasına, gözün sürətli yorğunluğuna və görmə kəskinliyinin azalmasına səbəb ola bilər.

Ultrabənövşəyi şüalar gözün daxili strukturlarına - lens və retinaya mənfi təsir göstərir, katarakta və digər oftalmoloji ağırlaşmaların yaranmasına yol açır.

Ultrabənövşəyi radiasiyaya məruz qaldıqda, linzalar real vaxt rejimində qaralır, görünən işığın bir hissəsini udur. Bu keçidin sürəti və intensivliyi istifadə olunan fotoxrom materialdan asılı olaraq dəyişir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev