Son illərin sıx rastlanan psixoloji narahatlıqları
30.11.2023 12:30

Psixoloq Tansel Tara Çapar psixoloji narahatlıqlar arasında ən çox rast gəlinən "çirklənmə vəsvəsəsi"nin ilk sırada yer aldığını bildirib.

Aztibb.az “Haberturk” saytına istinadən xəbər verir ki, psixoloq obsesif-kompulsif pozğunluğun (OKB) xəstələrdə stressə səbəb olan obsesif düşüncələr və vəsvəsələr nəticəsində yarandığını deyib.

Obsesif düşüncələr insanın öz iradəsindən qaynaqlanan, insanı narahat edən, şüurlu şəkildə xaric edilə bilməyən, özünə yad olan təkrarlanan fikirlər, xəyallar və ya impulslardır.

“Çirklənmə vəsvəsəsi və təmizləmə məcburiyyətində” halında psixoloq bu vəsvəsələrin yaratdığı sıxıntıları aradan qaldırmaq üçün bəzi davranışların olduğunu bildirib.

“Şübhə vəsvəsəsi və yoxlama məcburiyyəti” halında isə insan soba, qapı, kilid kimi əşyaların açıq ola biləcəyindən və ya rozetkaya qoşulmuş əşyaların ola biləcəyindən şübhələnir. Bu şübhə üzündən insan əmin olmaq üçün təkrar-təkrar yoxlamaq üçün hərəkətə keçir.

“Toxunma məcburiyyətləri”ndə insanlar hərəkət etməzdən əvvəl bir obyektə və ya bir şəxsə toxunmaq ehtiyacını hiss edirlər. “Yığma və saxlama məcburiyyətləri”ndə isə insan lazımsız əşyaları atmır, gələcəkdə lazım ola biləcəyini düşünərək onları saxlayır və yığır.

Müalicə edilməzsə, xronikiləşir

Psixoloq obsesif-kompulsif pozğunluğun adətən xroniki və dövri alovlanmalarla meydana gəldiyini və bu xəstəliyin müalicə edilmədikcə xronikiləşən və funksionallığı pozan bir xəstəlik olduğunu bildirib.

OKB müalicəsində istifadə edilən bir çox üsul olduğunu deyən psixoloq, bu üsullardan birinin Koqnitiv Davranış Terapiyası olduğunu bildirib. Bu üsul OKB müalicəsində ən təsirli psixoloji müalicə üsullarındandır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev