Dəri xəstəlikləri qışda daha çox olur - Professordan tövsiyələr
30.11.2023 11:25

Qış gəlməkdədir, xəstəliklər artır. Soyuq havalarda təkcə qrip və ya soyuqdəymə kimi xəstəliklər çoxalmır. Hava şəraiti dəriyə də mənfi təsir göstərir. Soyuq havanın yaratdığı rütubətin aşağı olması, küləyin və su sərfiyyatının azalması da buna əlavə olunduqda qış aylarında dəri xəstəliklərinin artması qaçılmazdır. Üstəlik, bu pozğunluqlar düzgün müalicə olunmazsa, ciddi nəticələrə səbəb ola bilər.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, tövsiyəyə əsasən, həll yolu xəstəlikdən asılı olaraq dəyişsə də, özünüzü soyuqdan qoruyun və dərinizi nəmləndirin.

Qış aylarında rast gəlinən dəri xəstəlikləri, müalicə üsulları və qorunmaq üçün alına biləcək tədbirlərlə bağlı professor Arzu Kılıç məlumat verib:

“Soyuq havalarda ən çox rast gəlinən dəri xəstəliklərindən biri ekzemadır. Ekzema əslində xəstəliklər toplusu olduğu üçün tək bir növü deyil, bir çox növləri var. Qışda ən çox rast gəlinən növlərdən biri də “yağlı ekzema” kimi tanınan seboreik ekzemadır”.

Professor qeyd edib ki, Seboreik ekzema qaşlar arasında, qulaqların arxasında və xarici eşitmə yolunda, burun kənarlarında, yəni üzün T bölgəsində quruluq, qaşınma və soyulma ilə xarakterizə olunan bir xəstəlikdir.

“Qışda meydana gələn başqa bir ekzema növü isə bütün bədəndə görülür. Atopik ekzema adlanan bu xəstəlik boyun, gövdə və əllərdə, həmçinin yanaqlarda pullu və ya sulu səpgilərə səbəb olur. Qaşınma bu xəstəliyin başqa bir əlamətidir. Xüsusilə qış aylarında uşaqlarda görülən atopik ekzema, yaşlı insanlarda dəri quruluğunun daha yüngül bir forması olaraq rastlanır", - deyə həkim vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev