Alimlər genital herpeslə Alzheimer xəstəliyi arasında əlaqə tapıblar
30.11.2023 10:09

Bir qrup amerikalı tədqiqatçı infeksiyaların insan beyninə təsirini araşdırıb.

Aztibb.az “Discover 24” portalına istinadən xəbər verir ki, araşdırmalara görə, elm adamları virusların təsiri altında beyin qabığının qalınlığının incələ biləcəyini öyrəniblər.

Test nəticələrinə görə, genital herpes virusu beyin qabığının incəlməsi ilə birbaşa əlaqəlidir.

Alimlər bir sıra infeksiyaların beyin maddəsində dəyişikliklərə təsir etdiyini də qeyd ediblər. Bununla belə, bu dəyişikliklərin neyrovizualizasiyasda nə dərəcədə əks oluna biləcəyi hələlik aydın deyil.

Herpes virusunun digər növləri də beyin qabığında dəyişikliklərə səbəb ola bilər.

Alzheimer xəstəliyindən əziyyət çəkən insanlar üzərində aparılan araşdırma orqanizmdə müxtəlif növ herpesin olduğunu göstərib.

Amerikalı mütəxəssislər tədqiqatın nəticələrini “Journal of Neurological Sciences” jurnalında dərc ediblər. Bu tədqiqat həkimlərə beyin qabığında morfoloji dəyişikliklərə həssas olan risk qruplarını müəyyən etməyə kömək edəcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev