Aspirindən istifadə COVID-19 xəstələrində ölüm riskini azaldır
26.10.2020 21:28

Merilend Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırmaya görə, gündəlik aşağı dozada Aspirin qəbul edən ürək-damar xəstəlikləri olan ağır koronavirus xəstələrində ölüm riski xeyli azdır.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadən xəbər verir.

 

Dr. Chov və həmkarları son bir neçə ayda infeksiya səbəbiylə xəstəxanaya yerləşdirilən 412 COVID-19 xəstəsi üzərində araşdırma aparıblar. Ürək-damar xəstəlikləri olan pasiyentlər xəstəxanaya yerləşdirilməzdən öncə və ya dərhal sonra gündəlik aşağı dozada Aspirin qəbul ediblər.

 

Tədqiqatçılar Aspirindən istifadənin xəstələrin ölüm riskində yüzdə 47 faiz azalma ilə nəticələndiyini müşahidə ediblər.

 

Merilend Universitetinin dosenti Michael A. Mazzeffi Aspirinin qanı durultduğunu və ürək-damar xəstəlikləri olan COVID-19 xəstələrinə yaxşı təsir etdiyini bildirib: "COVID-19 diaqnozu qoyulmuş xəstələr həkimlərinə müraciət etdikləri müddətdə gündəlik Aspirin qəbul edə bilərlər".

 

 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib