Kişilər arzu etdiyi bədən üçün lipofillinq və lipasaksiyadan keçə bilərlər
29.11.2023 13:11

Yorucu məşqlər etmədən “arzulanan bədənə” çatmaq üçün kişilər öz yağ toxumalarından istifadə edilməklə cərrahi bədən konturlaşdırma prosedurundan – lipofillinqdən keçə bilərlər.

Aztibb.az “Gazeta” nəşrinə istinadən xəbər verir ki, plastik cərrahı İvan Çesalin bu barədə müsahibəsində danışıb.

“Bəzən kişi yorucu məşqlər və pəhrizlər nəticəsində belə müəyyən nahiyələrdəki piylərdən xilas ola bilmir və əzələ kütləsini formalaşdıra bilmir. Bu çox vaxt bədənin anatomik xüsusiyyətləri ilə bağlı ola bilər”, - deyə həkim bildirib.

Mütəxəssisin fikrincə, lipofillinq və ya liposkulptura liposaksiya ilə kombinasiya proseduru istənilən kişiyə öz arzusunda olan bədəni əldə etməyə imkan verəcək. Problemli bölgələrdən artıq yağ, məsələn, omba bölgəsinə köçürülə bilər, üzü cavanlaşdırmaq, yanağı və çənəni daha ifadəli etmək olar.

“Əgər 180 sm boyu olan kişinin çəkisi 130 kq olarsa, deməli, artıq miqdarda piy toxuması ilə qarşılaşırıq. Bir əməliyyatda belə artıq piy və dərini çıxarmaq və bədəni ideal parametrlərə uyğunlaşdırmaq mümkün deyil - bədən və dərinin bərpası üçün vaxt lazımdır. Sonra iş mərhələli olacaq – hər mərhələdə müəyyən əməliyyat və bir zonanın korreksiyası olacaq”, – həkim yekunlaşdırıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev