Nature: Piylənmənin müalicəsi üçün yeni dərman klinik sınaqlardan keçirildi
29.11.2023 08:47

Vanderbilt Universitetinin Amerika Tibb Mərkəzinin mütəxəssisləri piylənməni müalicə edə biləcək dərman hazırlayıblar.

Aztibb.az “Nature” jurnalına istinadən xəbər verir ki, bu dərmanı qəbul etmək insanların arıqlamasını 21,1% artırmağa kömək edəcək.

Yeni dərman “Tirzepatide” adlanır. Artıq apteklərdə Mounjaro ticarət adı ilə satışa çıxarılıb. Bu dərman qlükaqona bənzər peptid-1 (GLP-1) və qlükozadan asılı insulinotrop polipeptid (GIP) hormonlarının təsirini təqlid edir.

Bu hormonların birgə təsiri insan orqanizmində insulinin istehsalını stimullaşdırır, həzm prosesini ləngidir. Beləliklə, yeməkdən sonra uzun müddət aclıq hissi yaranmır. Beləliklə, qan şəkərinin səviyyəsini nəzarət altında saxlamaq mümkündür, bu da nəticədə kilo verməyə kömək edir.

Yeni dərman artıq lazımi klinik sınaqlardan keçib. Bu dərmanın 12 həftəlik tədqiqatında 806 könüllü iştirak edib. Tədqiqat iştirakçıları iki qrupa bölüdüb: bəziləri “Tirzepatide”, digərləri isə plasebo qəbul edib. Tədqiqat nəticəsində “Tirzepatide” qəbul edən iştirakçılar plasebo qəbul edən könüllülərlə müqayisədə orta hesabla 21,1% daha çox əlavə funt itirdikləri müşahidə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev