SARS-CoV-2 çirkli havada daha sürətlə yayılır
26.10.2020 20:58

Çindən alınmış məlumatlar göstərir ki, havanın daha çox çirklənməsi SARS-CoV-2-nin ötürülməsinin artmasına gətirib çıxarır, bu da COVID-19 yoluxmalarının sürətlə yayılmasına şərait yarada bilər.

 

Aztibb.az bu barədə “MedikForum”a istinadla xəbər verir.

 

Çirkli hava immun sistemini zəiflədərək və müqaviməti çətinləşdirərək infeksiyaya həssaslığı artıra bilir, bununla da virusu yayır. Bundan başqa, virusun havada ən xırda hissəcikləri onun ömrünü uzadaraq yoluxma ehtimalını artırır.

 

Honkonq Elm və Texnologiya Universitetinin alimləri “MedRxiv” preprintlərin serverində dərc edilmiş tədqiqatda Çində havanın çirklənməsinin COVID-19-un ötürülməsinə təsirini dəyərləndiriblər. Analiz üçün 2020-ci il yanvarın 1-dən aprelin 1-dək olan dövrdə Çində COVID-19-un yayılması və havanın keyfiyyəti barədə məlumatlardan istifadə edilib.

 

Tədqiqatçılar müşahidə ediblər ki, havanın yüksək səviyyədə çirklənməsi virusun ötürülmə ehtimalını artırır. Havanın keyfiyyət indeksinin 14,3 faiz artması çirklənmənin təsirindən 2-13 gün sonra ötürməni 2,8 faiz bəndi qədər artırır. Bu nəticə hətta izolyasiya dövründən sonra və koronavirusun yayılmağa başladığı Uhandan götürülən məlumatlarda da saxlanılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib