Bu ölkə uşaqlar arasında yayılan pnevmoniya hallarına qarşı tədbirləri artıracaq
28.11.2023 16:13

Çin hökuməti payızın əvvəlindən ölkə daxilində yayılan və xüsusilə uşaqları təsir edən pnevmoniya və digər yuxarı tənəffüs yolları xəstəliklərinə qarşı tədbirləri artıracağını açıqlayıb.

Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, Dövlət Şurası bəyanatında mövsümi qrip və mikoplazma pnevmoniya hadisələrinin artmasına qarşı uşaq bağçaları və ibtidai məktəblərdə xəstəliklərin izlənilməsi və nəzarətinin artırılmasını tələb edib.

Bəyanatda xroniki xəstəlikləri olan uşaq və böyüklərin xəstəliklərə qarşı peyvənd edilməsinə üstünlük verilməli olduğu bildirilib, həmçinin bəzi dərman vasitələrinin istehsalı və tədarükünün sürətləndirilməsi, sərhədlərdə tibbi yoxlamaların artırılması tələb olunub.

Açıqlamada bəzi bölgələrdə mikoplazma pnevmoniyası hallarının hələ də intensiv olduğu, mövsümi qrip hallarının artacağının gözlənildiyi, qış aylarında yeni COVID-19 epidemiyası riskinin olduğu qeyd edilib.

Digər tərəfdən, Milli Səhiyyə Komissiyası Çində son vaxtlar aşkar edilən sətəlcəm və digər xəstəliklərin məlum patogenlər tərəfindən törədildiyini və epidemiyalarla bağlı Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) məlumatlandırdıqlarını bildirib.

Bu ilin əvvəlində Çində COVID-19 tədbirləri qaldırıldıqdan sonra payızda bütün ölkədə yuxarı tənəffüs yolları xəstəliklərinin artdığı müşahidə edilir. Sentyabr ayından başlayaraq xüsusilə uşaqlar arasında bakterial respirator infeksiya olan “mikoplazma pnevmoniyası”nın yayılması narahatlıq doğurur. Epidemiya səbəbindən paytaxt Pekində və ölkənin şimal-şərqindəki Liaonin əyalətindəki uşaq xəstəxanaları tənəffüs yolu xəstəlikləri ilə müraciət edən azyaşlıların sayının artması səbəbindən xidmət göstərməkdə çətinlik çəkirlər.

Digər tərəfdən, uşaqlarda görülən müxtəlif pnevmoniya əlamətləri diaqnozu çətinləşdirir və “mənbənin naməlum yoluxma” şübhəsini artırır.

ÜST daha çox uşaqlar arasında müşahidə olunan tənəffüs yolu xəstəlikləri və pnevmoniya ilə bağlı Çindən rəsmi məlumat tələb etdiyini açıqlayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev