BioNTech ilk mRNA əsaslı xərçəng peyvəndinin 2030-cu ildən əvvəl təsdiqlənməsini gözləyir
02.12.2023 11:11

Almaniyanın BioNTech biotexnologiya şirkətinin həmtəsisçisi və baş direktoru prof. Dr. Uğur Şahin, ilk mRNT əsaslı xərçəng peyvəndlərinin 2030-cu ildən əvvəl təsdiqlənməsini gözlədiklərini söyləib.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, Almaniyanın "Bild am Sonntag" qəzetinə danışan baş direktor ilk mRNA əsaslı xərçəng peyvəndlərinin qeyd olunan tarixdə təsdiqlənməsini gözləməklə yanaşı, 2025-2029-cu illərdə digər terapevtik yanaşmalar üçün sınaq məlumatlarının olmasını da planlaşdırdılarını deyib.

Məqsədlərinin hər bir xəstəyə xas xərçəng peyvəndi hazırlamaq olduğunu vurğulayan U.Şahin belə izah edib: “Bunun üçün hər bir xəstənin xərçəng xüsusiyyətlərini təhlil edirik və immun sisteminin mümkün qədər çox şiş hüceyrəsini tanıyıb məhv etməsinə imkan verəcəklərini seçirik".

U.Şahin digər bir ümid qaynağının antikor-dərman konjuqatları (ADC) olduğuna diqqət çəkib: "ADC-lər kimyaterapiya daşıyan anticisimlərdir. Onlar qanda dolaşır, şişə çatır və oradakı kimyaterapiyanı hədəflənmiş şəkildə buraxırlar. Bu müalicənin əhəmiyyəti bir şişi çox tez kiçildə bilməsidir. Əminəm ki, bir neçə il ərzində bir çox xərçəng hadisələrində klassik kimyaterapiya əvəzinə məqsədyönlü kimyaterapiya kimi daha çox ADC istifadə olunacaq".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev