Passiv siqaret çəkmək ağciyər xərçəngi riskini 24 faiz artırır
28.11.2023 11:47

Aktiv siqaret çəkənlərdən başqa insanların siqaret tüstüsünü inhalyasiya etməsi olan "passiv siqaret"in ağciyər xərçəngi riskini yüzdə 24 artırdığı öyrənilib.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, ekspertlərin bildirdiyinə görə, "passiv siqaret” və son vaxtlar geniş yayılan elektron siqaretlər səbəbindən xərçəng riski artır.

Türk Tibbi Onkologiya Dərnəyindən Dr. Serdar Karakaya etdiyi şərhdə ağciyər xərçənginin dünyada kişi və qadınlarda ən çox görülən ikinci xərçəng növü olduğunu və hər iki cinsdə xərçəngdən ölüm səbəbləri arasında birinci yerdə gəldiyini deyib.

Ağciyər xərçənginin ən çox görülən səbəbinin siqaret olduğunu vurğulayan həkim 85-90 faizin tütün istifadəsi səbəbindən olduğunu vurğulaıb.

Ekspert son illərdə aparılan elmi araşdırmaların passiv siqaretin müxtəlif xəstəliklərə və ölümlərə səbəb olduğunu göstərdiyini bildirib.

Dünyada bir milyarddan çox insanın tütün məmulatlarından istifadə etdiyini qeyd edən həkim xərçəng, ürək-damar xəstəlikləri və buna bağlı insult kimi ölümə səbəb olan ən çox görülən xəstəliklərin inkişafının tütün istifadəsi və tütün tüstüsünə məruz qalmasının səbəb olduğunu söyləyib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev