Bir ildə qızılcadan ölüm halları 40 faiz artıb
28.11.2023 10:37

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) yeni hesabatına əsasən, qızılcaya yoluxma halları və ölüm halları 2021-2022-ci illər arasında kəskin şəkildə artıb.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, CDC-nin həftəlik hesabatının bir hissəsi olaraq dərc edilən araşdırma, qızılcaya yoluxma hallarının təxmin edilən sayında 18 faiz artım olduğunu ortaya qoyub.

Həmçinin qızılcadan ölənlərin sayının 43 faiz artdığı bildirilib. Beləliklə, ölənlərin sayı 95 mindən 136 minə yüksəlib.

Tədqiqatda "böyük və ya dağıdıcı qızılca epidemiyaları" barədə məlumat verən ölkələrin sayı da nəzərə alınıb. Məlumatlara görə, bu rəqəm 22-dən 37-yə yüksəlib, bu da yüzdə 68 artım deməkdir.

"Qızılca xəstəliyinin yayılması və ölüm hallarının artması təəccüblüdür, lakin son bir neçə ildə peyvənd nisbətlərinin azaldığını nəzərə alsaq, təəssüf ki, gözlənilməz deyil", – deyə CDC rəsmisi John Vertefeuille bildirib.

"İstənilən regionda qızılcaya yoluxma halları insanların qeyri-adekvat peyvənd olunduğu bütün ölkələr və icmalar üçün risk yaradır. Qızılca xəstəliyinin yayılmasının və ölüm hallarının qarşısının alınması üçün təcili, məqsədyönlü səylər vacibdir", - Vertefeuil əlavə edib.

ÜST-ün vaksinlər və biologiya direktoru Dr. Kate O'Brien bildirib ki, uşaqların yaşadıqları yerdə qızılca peyvəndi ilə qorunmaq hüququ var.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev