Bütün insanların anası təxminən 120 min il əvvəl yaşayıb
02.12.2023 10:40

Aparıcı genetiklərin apardığı araşdırmalara görə, “mitoxondrial Həvva” (bütün insanların ilk anası) olaraq adlandırılan qadın təkamül tariximizdə əsas fiqur kimi ortaya çıxıb. Qadın nəslindən keçən genləri bütün müasir insanlara aparan bir yol izləyirdi.


Aztibb.az “Gazeta” nəşrinə istinadən xəbər verir ki, alimlər Afrikada təxminən 120 min il əvvəl yaşamış mitoxondrial Həvvanın bütün Homo Sapienslərin ortaq əcdadı olduğunu aydınlaşdırıblar.


Mitokondrial DNT (mtDNA), nüvə DNT-dən fərqli olaraq, yalnız yumurta vasitəsilə ötürülür və yalnız qadın xətti ilə miras alınır. Filogenetik analiz üsullarından istifadə edərək elm adamları Homo sapiens növünün filogenetik ağacını qura biliblər ki, bu da bütün müasir insanların təxminən 120 min il əvvəl Afrikada yaşamış ortaq ana əcdadı olduğunu göstərib.


Bildirlib ki, DNT növlərin mənşəyi və onların təkamülü haqqında məlumatları ehtiva edir. Bununla insan təkamül tarixini izləmək və DNT-dəki mutasiyaların təbiətini və sayını bilməklə insanların mənşəyi haqqında öyrənmək mümkündür.


Bu kəşf bizim ümumi əlaqəmizi və insan təkamülündə mitoxondrial Həvvanın əhəmiyyətini vurğulayır və genetik irsimizi anlamağa kömək edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev