Alimlər qədim dənizlərin Yerdəki həyatı necə formalaşdırdığını izah ediblər
26.11.2023 13:55

Son tədqiqatlar göstərib ki, qədim okeanlarda erkən həyat formaları üçün həyati əhəmiyyət kəsb edən manqan və molibden kimi bəzi metalların mövcudluğu mühüm ipucları verir.


Aztibb.az "Nature Geoscience" jurnalına istinadən xəbər verir ki, elm adamları həyatın ilk dəfə yarandığı zaman okeandakı şərtlər haqqında çox az şey bilirlər.


Yeni bir araşdırma geoloji proseslərin onun inkişafı üçün lazım olan qida maddələrinin mövcudluğunu necə idarə etdiyini ortaya qoyub. Həyatın mövcudluğundan ötrü zülal yaratmaq üçün sink və mis kimi qida maddələri vacibdir. Həyatın ən qədim formaları dinozavrların ilk meydana çıxmasından üç yarım milyard il əvvəl Arxey eonunda yaranmışdır. Bu mikroblar sonrakı həmkarlarına nisbətən molibden və manqan kimi metallara üstünlük veriblər. Bu üstünlük o dövrdə okeanda metalların
mövcudluğunu əks etdirir.


Keyptaun Universiteti (UCT) və Oksford Universitetinin tədqiqatçıları laboratoriyada qədim dəniz suyunu yenidən yaradıblar. Onlar aşkar ediblər ki, arxey süxurlarında geniş yayılmış mineral olan "greenalite" tez əmələ gəlir və bu prosesdə sink, mis və vanadiumu çıxarır. "Greenalite" erkən okeanlarda əmələ gəldiyi üçün bu metallar dəniz suyundan çıxarılaraq onun manqan, molibden və kadmium kimi digər metallarla zənginləşməsinə səbəb olmuşdur.


Maraqlıdır ki, onların Arxey dəniz suyunda ən çox olduğunu təxmin etdikləri metallar erkən həyat formaları tərəfindən seçilmiş metallara uyğun gəlir və bu, onların nə üçün təkamülün erkən dövründə üstünlük təşkil etdiyini izah edir.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev