Alimlər yaşlandıqca bədəndə nə baş verdiyini izah ediblər
26.11.2023 09:13

Osaka Universitetinin alimləri bildiriblər ki, hüceyrə səviyyəsində qocalma prosesi orqanizmin mikroautofagiya prosesi vasitəsilə arzuolunmaz və ya zədələnmiş komponentləri, həmçinin patogenləri məhv edə bilməməsi ilə bağlıdır.

Aztibb.az "EMBO Reports" (Avropa Molekulyar Biologiya Təşkilatı) jurnalına istinadən xəbər verir ki, bu barədə tədqiqatla bağlı hesabatda bildirilib.


Serin-treonin kinaz 38 (STK38) adlı zülalın lizosomal zədələnməyə cavab vermək üçün tələb olunduğu bilinir. Bu zülal orqanizmin ehtiyac duymadığı komponentləri parçalayan lizosomal fermentlərin daşınmasına cavabdeh olan endosomal çeşidləmə zülal kompleksi ilə birlikdə işləyir.

Bu proses vacibdir, çünki zədələnmiş zülalların parçalanmasının əsas üsuludur. Alimlər həmçinin aşkar ediblər ki,
GABARAP ailəsinin zülallarının iştirakı lizosomların bərpası prosesinin başlanması üçün zəruridir. Lipidasiya (xüsusi modifikasiya növü) nəticəsində bu zülallar hüceyrələri “təmizləyən” tək membranlı endolizosomlara çevrilə bilər.


Tədqiqatçılar əmindirlər ki, onların işi hüceyrə qocalmasının qarşısını ala biləcək membranlarda siqnal yoluna təsir etmək qaydalarını müəyyən edəcək.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev