Eşitmə itkisi diqqətlə əlaqəli beyin bölgələrini dəyişdirir
25.11.2023 09:25

Kaliforniya Universitetinin alimləri tərəfindən aparılan bir araşdırma eşitmə itkisinin beynin səsin işlənməsi və diqqətdən məsul olan bölgələrində dəyişikliklərə səbəb ola biləcəyini müəyyən edib. Hansı ki, bu, demansın inkişafına səbəb ola bilər.

Aztibb.az “Alzheimer's Disease” jurnalında tədqiqatla bağlı dərc edilən hesabata istinadən xəbər verir ki, araşdırmada eşitmə qüsurlu insanlar da daxil olmaqla 130 nəfər iştirak edib.

Elm adamları subyektlərin sağlamlıq vəziyyəti haqqında məlumat toplayıb və beynin strukturunda patoloji dəyişiklikləri izləmək üçün maqnit rezonans görüntüləmə (MRT) aparıblar. Eşitmə pozğunluğunun dil emalı ilə əlaqəli temporal və frontal lobların eşitmə sahələrində, eləcə də diqqət üçün cavabdeh olan beyin sahələrində mikrostruktur dəyişikliklərə səbəb olduğu görülüb.

Alimlərin qənaətinə görə, bu cür dəyişikliklər demensiyanın inkişaf riskini artıra bilər. Bu, ilk növbədə ətraf mühitin səslərini eşitməyə və insan nitqini başa düşməyə çalışmaq üçün əlavə zehni səy göstərmək ehtiyacı ilə bağlıdır.

Bu cür hərəkətlər beyni həddindən artıq yükləyə bilər. Lakin bu əlaqənin altında yatan mexanizmlər hələ tam başa düşülməyib.

Qeyd edilib ki, eşitmə aparatlarından istifadə etmək, altyazılı televizora baxmaq və insanlarla sakit mühitdə danışmaq eşitmə qabiliyyətini itirmiş insanlarda demans inkişaf riskini azalda bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev