“Science Direct”: Yeniyetmələrin yaddaşı və öyrənmə qabiliyyəti üçün bədən tərbiyəsi əhəmiyyətlidir
25.11.2023 14:39

Finlandiya alimləri tədqiqat qrupunun bir hissəsi olaraq, fiziki cəhətdən aktiv olan yeniyetmələrin beyinlərində passiv həmyaşıdlarına nisbətən daha çox boz maddənin olduğunu müəyyən ediblər. Mərkəzi sinir sisteminin bu komponenti yaddaş, diqqət və öyrənmə ilə əlaqələndirilir.

Aztibb.az “EcoPravda” portalına istinadən xəbər veri ki, müvafiq sınaqlar zamanı yüksək sürət, güc və dözümlülük nümayiş etdirən mobil yeniyetmələrin beyinlərində daha böyük boz maddənin həcmi olduğunu məlum edib. Boz maddə beyin qabığında yerləşən sinir hüceyrələrinin toplusudur və beynin əsas struktur elementidir. Məlumatın işlənməsi və qərarların qəbul edilməsi üçün məsuliyyət daşıyır. Onun ölçüsünün artması yaddaş, diqqət, təfəkkür və nitq kimi idrak funksiyalarının artması ilə əlaqələndirilir.

Alimlər uşaqlıq və yeniyetməlik dövründə müntəzəm idmanın və yüksək fiziki fəaliyyətin öyrənməyə müsbət təsir göstərə biləcəyini öyrəniblər. Bu əlaqənin əsasında hansı mexanizmlərin dayandığını müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev