İki uşaqlıqlı qadın eyni anda iki bətndə ayrı-ayrı körpələrə hamilə qalıb
23.11.2023 14:58

Doğuşdan ikiqat uşaqlıq olduğunu və nadir bir hamiləlikdə hər iki bətnində qız gözlədiyini açıqlayan Kelsey Hatşerin həkimi, gənc qadının hər iki bətnində eyni anda iki ayrı körpəyə hamilə qalma şansının olduğunu bildirib.

Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, ABŞ-da yaşayan Kelsey Hatşer qoşa uşaqlıqlı doğulub. Onun həkimi gənc qadının iki bətnində eyni anda iki ayrı körpəyə hamilə qalma şansının milyonda bir olduğunu deyib.

ABŞ-ın Alabama ştatında yaşayan 32 yaşlı üç uşaq anası Kelsi Hatşer uterus didelfisi və ya iki uşaqlıq adlı nadir uşaqlıq anomaliyası ilə dünyaya gəlib. Mətbuata verdiyi müsahibədə Hatcher, hamilə olduğunu bilənə qədər belə bir ehtimalın mümkün olacağına inanmadığını bildirib.

Əvvəlki hamiləliklərində yalnız bir bətnində körpə daşıyan Hatçer, körpələrin əkiz olub-olmayacağı ilə bağlı hələlik heç bir məlumat verməyib.

Vəziyyətini öyrəndikdən sonra K.Hatşer hamiləliyini və onun gedişatını paylaşmaq üçün şəxsi sosial media hesabı açıb və ianə kampaniyasına başlayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev