“Puff Bar” təhlükəsi! Fləş yaddaşa bənzədiyi üçün ailələrin və müəllimlərin diqqətindən yayınır
23.11.2023 10:03

Uşaq və gənclər üçün istehsal edilən birdəfəlik elektron siqaretlər arasında yer alan “Puff Bar”lar ABŞ-da epidemiya halına gəlib. Siqaret flaş yaddaşa bənzər görünüşü sayəsində ailələrin və müəllimlərin diqqətindən asanlıqla qaça bilir.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, prof. Dr. Elif Dağlının bildirdiyinə görə, belə siqaretlər uşaq yeməklərində və şirniyyatlarda istifadə edilən dadlarla təchiz olunur. Rəngli qablaşdırılır. Marketlərdə uşaqların gözü səviyyəsində nümayiş etdirilir. Bəzilərində nikotinin səviyyəsi olduqca yüksəkdir.

ABŞ məlumatlarına görə, uşaq və yeniyetmələri hədəf alan bu məhsullar orta məktəb və lisey şagirdləri arasında yayılmağa davam edir.

“Puff Bar”ların tərkibində nikotin və bəzən marixuana olduğunu söyləyən Prof. Dr. Dağlı qeyd edib ki, bu maddələr yüksək dərəcədə asılılıq yaradır

"Bəzilərində siqaretin nikotininin minlərlə qatı var...İnsan beyni 25 yaşına qədər inkişaf etməyə davam edir. Bu müddət ərzində nikotinin qərar vermə, impulsları idarə etmə və yaddaş kimi funksiyaları olan ön beyin bölgəsi ilə təması həyat boyu qalıcı dəyişikliklərə səbəb olur. Bundan başqa, nikotin öz-özünə xərçəngə səbəb ola bilən bir maddədir. Digər tərəfdən məhsullara əlavə edilən bu cəlbedici ətir və dadlar ağciyərlərə zərər verir.Tərkibində marixuana olanlar isə ağciyərləri tamamilə məhv edən bir xəstəliyə səbəb olur. Bundan əlavə, soyutma mentol qadağan edildikdən sonra məhsullara əlavə olunmağa başlayan WS-3 və WS-23 kimi agentlərdə təhlükəli dərəcədə yüksək səviyyədə tapılan və xərçəngə səbəb olan puleqon maddəsi var”.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv