Müəyyən qidaları yemək miqrenə səbəb olur
22.11.2023 14:44

Nevroloq Rinat Qizatullin miqren tutmasının “təxribatçıları” arasında şokolad və bananın təsirlərindən bəhs edib.

Aztibb.az “Medik Forum” portalına istinadən xəbər verir ki, həkimin qeyd etdiyi kimi miqren başın bir tərəfində baş verən davamlı ağrıdır. Belə ağrı müddəti və adi analgetiklərin təsirinə qarşı müqaviməti ilə xarakterizə olunur. Ağrı digər xoşagəlməz hisslərlə müşayiət oluna və bir neçə gün davam edə bilər.

Miqren ürəkbulanma, titrəmə, qusma, yuxusuzluq, sürətli ürək döyüntüsü, letarji və depressiv əhval-ruhiyyə ilə müşayiət olunur.

Miqrenin hansı şəraitdə baş verdiyindən danışan həkim qeyd edib ki, müəyyən qidaların qəbulu onu törədən proseslərin səbəbi olur.

Bu məhsulların tərkibində bəzi insanların orqanizminin xüsusilə həssas olduğu maddələr var.

"Şokolad, banan, yağlı pendirlər, sitrus meyvələri və spirt istehlakı miqren tutmasına səbəb ola bilər", deyə nevroloq xəbərdarlıq edib.

Həkim əlavə edib ki, xroniki miqreni birdəfəlik müalicə etmək mümkün deyil. Eyni zamanda, ağrılı hücumların təkrarlanmasının qarşısını almağa kömək edən terapiya var: bura, həyat tərzi dəyişiklikləri və dərmanlar daxildir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev