Türkiyədə ümumi COVID-19 xəstələrinin 40%-i İstanbuldadır
26.10.2020 10:21

Son sutkada 2017 yeni yoluxma faktı qeydə alınıb. Ağır və aktiv xəstə sayımız artmaqda davam edir. Bu gedişatı dəyişmək bizim əlimizdədir. Bir-birimizin haqqına hörmət etməli və qaydalara birgə riayət etməliyik.

 

Bu fikirləri Türkiyənin Səhiyyə naziri Fahrettin Koca rəsmi “Twitter” hesabında ölkədəki COVID-19-la bağlı son vəziyyət barədə açıqlamasında bildirib.

 

Məlumatda qeyd edilir ki, son 24 saat ərzində Türkiyədə ağır xəstə sayı 1744-ə yüksəlib, 112 min 215 nəfər COVID-19 testindən keçirilib ki, onlardan 2017-də xəstəlik aşkarlanıb. Bu müddət ərzində COVID-19 diaqnozu qoyulan 72 nəfər vəfat edib. 1297 nəfər sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə COVID-19-da sağalanların sayı 314 min 390-a yüksəlib.

 

Qeyd edək ki, Türkiyədə ümumi COVID-19 xəstələrinin 40 faizi İstanbuldadır. Qabaqlayıcı tədbirlər çərçivəsində İstanbulun demək olar ki, bütün xəstəxanalarda COVID-19 mərkəzləri yaradılıb.

 

Türkiyənin ən böyük şəhərlərindən olan İzmirdə də son 20 gün ərzində COVID-19-a yoluxanların sayı 3,5 dəfə artıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib