Ötən həftə Azərbaycanda 6 nəfər koronavirusdan vəfat edib
20.11.2023 14:17

Azərbaycanda son 1 həftə ərzində koronavirusa yoluxanların sayı açıqlanıb.

 

Aztibb.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 21 yeni yoluxma faktı qeydə alınıb.

 

COVID-19-a yoluxan 13 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 6 nəfər ölüb.