Ən çox yeni doğulmuş uşaqlarda rast gəlinən Leyner xəstəliyi
25.11.2023 12:29

Uzun illər xəstəliyin əmələ gəlmə səbəbi tibbə məlum olmayıb. Xəstəliyin əmələ gəlmə səbəbini tapan Leyner bu xəstəliyin autointoksikayilar səbəbilə baş verdiyini və xəstəliyin əmələ gəlməsində mədə-bağırsaq sisteminin rolu olduğunu bildirib.


Aztibb.az “Babyplanet” portalına istinadən xəbər verir ki, Leyner xəstəliyi ən çox yeni doğulmuş uşaqlarda rast gəlinən xəstəlikidir. Xəstəlik özünü yeni doğulmuş uşağın başının tüklü hissəsində, yanaqlarında, cinsi orqanlarının ətrafında əmələ gələn qızartılarla biruzə verir.



Leyner xəstəliyi zamanı dəridə eritromatoz qızartılar meydana çıxır. Xəstəliyin baş dərisində olan hissəsi seboreya xəstəliyinin qızartılarına bənzəyir. Dərinin tüksüz hissəsində olan qızartılar sağlam dəridən cüzi miqdar qabarmış və tünd qırmızı rəngi ilə diqqəti cəlb edir.


Leyner xəstəliyi ananın südündə H vitamini çatmadıqda, uşaqda dispepsiya olduqda, hipoxrom anemiya olduqda, eksudativ diatez zamanı və bəzən ağciyər xəstəlikləri zamanı əmələ gəlir.


Leyner eritrodermiyası subfebril qızdırma ilə və qızdırmasız keçə bilir. Eritrodermiya bədənin çox hissəsini tutduqda körpənin qızdırması 38-39*C-yə qalxır. Dəriyə vaxtında və dügün qulluq edilməsə, xəstəliyin əlamətləri daha da arta bilər. Bu zaman dəridə xırda irinli səpgilər də əmələ gələ bilir.


Dəridə eritrodermiyanın olması körpə uşaqda sinir sistenin oyanıqlığına səbəb olur. Çünki xəstə dəridə qaşınma və sürtünmə nəticəsində xoşagəlməz əlamətlər özünü biruzə verir.


Xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir. Müalicə zamanı A, B2, B6, B12, C, H vitaminlərindən, fol turşusunun daxilə qəbulundan, antibiotiklərdən faydalanılır. Xəstənin dərisində iltihab əlamətləri varsa antibiotiklər təyin edilir, uşağa ilıq dezinfeksiyaedici vannalar məsləhət görülür. Dərinin qızarmış hissəsinə Leyner mazı çəkilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev