Qeyri-cərrahi tiroid düyünlərinin müalicəsində tam müvəffəqiyyət əldə edilir
20.11.2023 11:19

Əməliyyatsız qalxanabənzər düyün müalicəsində yüzdə yüz müvəffəqiyyət əldə edilir.


Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, günümüzün ən çox rast gəlinən xəstəlikləri arasında olan qalxanabənzər vəzin düyününün (düyünlü zob) müalicəsində xəstələr ümumiyyətlə cərrahi yolla müalicə olunurlar.


Texnologiyanın inkişafı ilə indi düyünlərin müalicəsində cərrahi olmayan radiotezlik və mikrodalğalı üsullardan istifadə edilir.


Tətbiq edilən üsullarla qalxanabənzər vəzi düyünlərinin müalicəsində yüzdə yüz müvəffəqiyyət əldə edilir.


Müalicədə xəstələrin qalxanabənzər vəzi düyünləri 20-30 dəqiqəlik əməliyyatla radiotezlik və mikrodalğalı cihazlarla ağrısız şəkildə yandırılır. Xəstə əməliyyatdan 1 saat sonra evə buraxılır.


Qeyd edək ki, qalxanabənzər vəzi boynun ön hissəsinin hər iki tərəfində yerləşir və bütün maddələr mübadiləsini tənzimləyir.


İndiki vaxtda ultrasəs müayinəsi ilə daha tez-tez və daha erkən diaqnoz qoyulur.


Əksər hallarda xəstələr tərəfindən şikayətə səbəb olmur. Ancaq qalxanabənzər vəzi düyünləri çox böyük olduqda, daha tez-tez və erkən diaqnoz qoymaq mümkündür.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev