B12 vitamini çatışmazlığının təhlükəli nəticələri məlum olub
18.11.2023 15:34

Tədqiqat qrupunun bir hissəsi olan Barselona Universitetinin alimləri müəyyən ediblər ki, B12 vitamini çatışmazlığı nəticəsində orqanizmdə yaranan iltihablar ürək-damar xəstəlikləri, diabet və neyrodegenerativ pozğunluqların inkişaf riskini artırır.


Aztibb.az “Science of Food and Agriculture” (SOCI) jurnalında dərc olunan məlumata istinadən xəbər verir ki, İspaniyalı tədqiqatçılar müəyyən ediblər ki, B12 vitamini çatışmazlığı bədəndə iki iltihab markerinin - interleykin (IL)-6 və C-reaktiv protein (CRP) səviyyəsinin artması ilə əlaqələndirilir.


Alimlər xroniki iltihabın diabet, neyrodegenerativ pozğunluqlar, infarkt və hipertoniya kimi bir çox xəstəliklərin riskinin artması ilə əlaqəli olduğunu izah ediblər. O da məlumdur ki, insan orqanizmində B12 vitamini nə qədər çox olarsa, iltihabın markerləri bir o qədər aşağı olur. Buna tərs asılılıq deyilir.


Alimlər ümid edirlər ki, onların işi Parkinson xəstəliyi kimi neyrodegenerativ pozğunluqların mexanizmlərini anlamağa yaxınlaşdıracaq.


Alimlər indi orqanizmdə xroniki iltihabın piylənmə və qıcıqlanmış bağırsaq sindromu ilə bağlı olub-olmadığını müəyyən etmək üçün tədqiqatları davam etdirməyi planlaşdırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev