ÜST: Tənhalıq gündə 15 siqaret çəkmək qədər təhlükəlidir
18.11.2023 14:12

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tənhalığı “təcili qlobal sağlamlıq təhlükəsi” elan edib.


Aztibb.az “CNN Turk”ə istinadən xəbər verir ki, mütəxəssislər “Gənclərin həyatı getdikcə qaralmaqdadır” deyərkən, tənhalığın gətirə biləcəyi təhlükələrə diqqət çəkilib.


ÜST bu məsələ ilə bağlı ABŞ ümumi cərrahı Dr. Vivek Murty və Afrika İttifaqının gənclər səfiri Çido Mpembanın rəhbərlik etdiyi beynəlxalq komissiya yaradıb.


Komissiya koronavirus epidemiyası ictimai fəaliyyətləri dayandırdıqdan və tənhalıq problemini dərinləşdirdikdən sonra yaradılıb.


"Tənhalıq sərhədləri aşır. O, sağlamlığın, rifahın və inkişafın bütün aspektlərinə təsir edən qlobal ictimai sağlamlıq probleminə çevrilir", - Ç.Mpemba bildirib. Qeyd edilib ki, sosial təcrid heç bir yaş və ya məhdudiyyət tanımır.


Ç.Murtyə görə, təkliyin sağlamlıq riskləri gündə 15 siqaret çəkmək qədər pisdir. Həmçinin yalnızlığın piylənmə və fiziki hərəkətsizliklə bağlı risklərdən daha çox ola biləcəyi ifadə edilib.


Təklik ümumiyyətlə inkişaf etmiş ölkələr üçün problem olaraq görülsə də, Ç.Murty yaşlıların dörddə birinin sosial təcrid nisbətlərinin dünyanın bütün bölgələrində oxşar olduğu məlumatını paylaşıb.


Yaşlı insanlarda tənhalığın demans inkişaf riskini 50 faiz artırdığı qeyd edilib. Bunun koronar arteriya xəstəliyi və insult riskinin 30 faiz artması ilə əlaqəli olduğu bildirilib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev