Fransada koronavirusa gündəlik yoluxma sayı 45 mini, Rusiyada isə 16 mini ötüb
25.10.2020 21:31

Fransada son sutka ərzində koronavirusa 45 min 422 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə epidemiyanın idarə edilməsində çətinliklər yaranıb. Fövqəladə sanitar rejimində olan ölkənin xəstəxanalarında, xüsusilə də reanimasiya şöbələrində çarpayı çatışmazlığı özünü göstərir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

 

Bildirilir ki, son 24 saat ərzində COVID-19 epidemiyasından ölənlərin sayı 138-ə çatıb. Xəstəxanalarda 15 min 637 koronavirus xəstəsi var, gündəlik daxil olan koronavirus xəstələrinin sayı isə 1667-dir. Reanimasiya şöbələrində olanların sayı dünən 2491 olub. Hazırda reanimasiya şöbələrində 5800 ağır vəziyyətdə olan koronavirus xəstəsi var.

 

Rusiyada isə son 24 saat ərzində daha 16 710 nəfər COVID-19-a yoluxub, 229 nəfər bu virusdan həyatını itirib.

 

Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 1 513 877 nəfərə, ölənlərin sayı 26 050 nəfərə çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib