Uroloq kişilərə libidonu artırmaq üçün odun doğramağı tövsiyə edib
15.11.2023 12:54

Uroloq Andrey Smernitski kişilərdə libidonun (ehtiras) azalmasının gizli səbəblərindən danışıb və dərmanlardan istifadə etmədən kişilərin sağlamlığını bərpa etmək üçün məsləhətlər verib.

Aztibb.az "Discover 24” portalına istinadən xəbər verir ki, mütəxəssisin bildirdiyinə görə, kişilərdə cinsi istəyə bir çox faktorlar, o cümlədən xroniki stress, yuxusuzluq, siqaret, spirt və nizamsız cinsi həyat təsir edir.

Həkim kişilərin sağlamlığının yaxşılaşdırılması üçün bəzi sadə tövsiyələr verib, testosteron səviyyəsinin əsas rol oynadığını qeyd edib. Problemlərin bir göstəricisi bel ətrafının 94 sm-dən çox olması ola bilər.

Həkim izah edib ki, testosteron səviyyəsinin artırılması həm dərman müalicəsi, həm də təbii yolla əldə edilə bilər. O, ilk növbədə siqaretdən, spirtdən (pivə daxil olmaqla) imtina edərək və gündəlik iş rejimini tənzimləyərək həyat tərzində dəyişiklik etməyi məsləhət görüb. Fiziki fəaliyyət də mühüm amildir.

Tədqiqatlar göstərib ki, 12 həftə ərzində intensiv məşqlər testosteron səviyyəsini 36% artıra bilər. Odun doğramaq kimi bir saatlıq məşq testosteron səviyyəsini 48% artırır. Həmçinin 12 həftə ərzində stasionar velosipeddə gündəlik 15 dəqiqəlik fırlanma testosteron səviyyəsini 17% artıra bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev