Şəkərdən imtina edən Çin sakini 50 kq-dan artıq çəki atıb və 20 yaş cavanlaşıb
15.11.2023 11:52

Çin sakini səhhətində ciddi problemlərdən qorxaraq şəkəri yüksək olan qidalardan imtina edib və 50 kiloqram arıqlayıb.

Aztibb.az xəbər verir ki, bu barədə “South China Morning Post” öz materialında məlumat yayıb.

Quandun əyalətində yaşayan 36 yaşlı Minq soyadlı çinlinin çəkisi 120 kiloqram olub. Onun adi pəhrizi çoxlu dondurma və şirin sodadan ibarət idi. Onun sözlərinə görə, şəkəri yüksək olan qidalar ona həyatındakı stresli vəziyyətlərin öhdəsindən gəlməyə kömək edib.

Bu həyat tərzi nəticəsində kişi daxilində ağrılar, üzündə uyuşmalar və tez-tez başgicəllənmələrdən əziyyət çəkməyə başlayıb. Həkimlər ona qaraciyərin alkoqolsuz piylənməsi və 20-yə yaxın müxtəlif patologiya diaqnozu qoyublar.

Lakin müayinənin nəticələri Minqi çox da narahat etməyib və o, adi həyat tərzinə davam edib. Lakin piylənmədən əziyyət çəkən tanışının ölümündən sonra Minq həyat tərzini dəyişməyə qərar verir.

O, şəkəri yüksək olan qidaların istehlakını tamamilə dayandırır və iki il ərzində 50 kiloqram artıq çəkidən qurtula bilir.

Minqin fotosunu internetdə izləyən istifadəçilər onun 20 yaş cavan görünməyə başladığını da yazıblar.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev