Qızdırma, öskürək, sinə ağrısı! Pnevmoniyada kritik simptomlara diqqət yetirin!
14.11.2023 14:29

Pnevmoniyanın ən çox görülən əlamətləri qızdırma, öskürək, bəlğəm əmələ gəlməsi və sinə ağrısıdır. Xəstəlik zamanı nəfəs darlığı, huşunu itirmə, ürəkbulanma-qusma, tez-tez nəfəs alma, əzələ-oynaqlarda ağrı və zəiflik də müşahidə oluna bilər.

Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, xalq arasında “sətəlcəm” xəstəliyi kimi tanınan pnevmoniya ağciyər toxumasına təsir edən, viruslar, daha nadir hallarda isə göbələklər səbəbiylə inkişaf edən yoluxucu bir xəstəlikdir.

Sətəlcəm bütün dünyada böyüklər və uşaqları təsir etsə də, dünyada ən çox Cənubi Asiya və Afrikada yayılıb.

Adətən antibiotik, bol maye qəbulu, istirahət, ağrıkəsici və qızdırma salıcı kimi müalicələrdən istifadə edilir.

Lakin xəstəxanaya yerləşdirilməli olan xəstələrdə fərqli müalicələr tələb oluna bilər. Çox ağır pnevmoniya vəziyyətlərində reanimasiya xəstəxanasına yerləşdirmə və tənəffüs dəstəyi tələb olunur.

Pnevmoniyaya səbəb olan mikrobun müəyyən edilməsi ən vacib məsələdir. Lakin sətəlcəm diaqnozu qoyulduqdan sonra ən qısa zamanda antibiotik müalicəsinə başlanılmalıdır. Ona görə də şərtlər nəzərə alınaraq antibiotik müalicəsinə başlanılır. Bəlğəmdə hər hansı mikrobun izlərinin aşkarlanması və bu mikrobu müalicə etmək üçün hansı antibiotikdən istifadə oluna biləcəyinə dair məlumatlar əldə edilir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev