Qlütensiz pəhriz trendinə diqqət yetirin!
14.11.2023 08:56

Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanası Allergiya və immunologiya mütəxəssisi Dr. Leyla Çevirme sosial mediada yayılan “qlütensiz pəhriz” trendinin çox təhlükəli olduğunu ifadə edərək, qlütenə qarşı allergiyası olmayan insanların bu şəkildə yeməməsi lazım olduğuna diqqət çəkib.

Aztibb.az “Haberturk” saytına istinadən xəbər verir ki, son zamanlar sosial mediada məşhurlaşan “qlütensiz pəhriz” tendensiyası səbəbiylə bir çox insan buğda, arpa və çovdar yemirlər. Bununla belə, mütəxəssislər qlütenə qarşı allergiyası olmayan insanların bu qida növünə riayət etmələrinin lazımsız olduğunu bildiriblər.

Həkim bildirib ki, tərkibində qlüten olan məhsullar yeyərkən meydana gələn həssaslıqların hamısı allergiya deyil. Hansının allergiya, hansının xəstəlik olduğunu həkimlərlə həll etmək lazımdır. İnsanlar buna öz ağıllarına görə qərar verməməlidirlər:

“Çölyak xəstəliyi və ya buğda ilə əlaqəli allergiya varsa, biz bunları qan və dəri testləri ilə aşkar edirik. Qastroenteroloqlar çölyak xəstəliyi olanları biopsiya və bəzi testlər vasitəsilə aşkar edirlər”.

Xəstələr tək qərar verməməlidir

Sosial mediadakı çılğınlığın çox təhlükəli olduğuna diqqət çəkən həkim, “bəzi xəstələrimiz “Google”da bir həll tapır və qlütensiz yeməyə başlayır. Biz bunu qətiliklə tövsiyə etmirik. Biz internet təbabətinin tətbiq olunmasını istəmirik. Diaqnoz qoymalıyıq. Xüsusən də xəstəliyə səbəb ola biləcək əlamətlər varsa, biz mütəxəssislər qərar verməliyik. Xəstələrimiz özbaşına qərar verib müalicə ardınca getməməlidirlər”, deyib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev