Təklif: "Nikotin bandını sol döşünüzə deyil, sağ çiyninizə qoyun"
19.11.2023 13:31

Professor İnci Gülmezin sözlərinə görə ürək-damar xəstəliyi olan biri sol döşündəki nikotin bandını ürəyin üzərinə yapışdırarsa, infarkt riski ola bilər. Ürək-damar xəstəliyi olmasa belə, band sol döş qəfəsinə yapışmamalıdır.

Aztibb.az “Haberturk” saytına istinadən xəbər verir ki, Erciyes Universiteti (ERÜ) professoru siqareti tərgitmək istəyən bəzi insanların istifadə etdiyi nikotin bandını doğru yerə yapışdırılması barədə xəbərdarlıq edib.

Siqareti tərgitmək üçün nikotin asılılığından xilas olmaq lazım olduğunu ifadə edən həkim siqareti atmağın müxtəlif üsulları olduğunu, xüsusilə nikotin əvəzedici terapiyanın vacibliyini bildirib. Bunlar nikotin bandları, burun spreyləri, ağız spreyləri, pastillər və nikotin saqqızlarıdır.

Həkim siqareti tərgitmə poliklinikasına gələn insanların ilk növbədə asılılıq dəyərinin yoxlanıldığını deyib.

Nikotin saqqızı çeynəyən adamın ağız mukozasında qıcıqlanma və dildə yaralarının ola biləcəyini söyləyib.

Nikotin bandının doğru yerə yapışdırılması lazım olduğunu bildirən həkim adətən sağ çiyninə, tüksüz yerə yapışdırıldığını bildirib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev