Çikunqunya virusunun səbəb olduğu qızdırma xəstəliyinə qarşı ilk peyvənd təsdiqləndi
13.11.2023 12:43

ABŞ Ərzaq və Dərman İdarəsi (FDA) ağcaqanadlarla yoluxan Çikunqunya virusunun yaratdığı kəskin qızdırma xəstəliyinə qarşı ilk peyvəndi təsdiqlədiyini açıqlayıb.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, Aacaqanadlardan insanlara keçən Çikunqunya virusu xəstələrdə oynaqların iltihabına, yüksək hərarətə və şiddətli ağrılara səbəb olur.

"Bu gün ABŞ Qida və Dərman İdarəsi ilk Çikunqunya peyvəndi olan “Ixchiq'i təsdiqlədi" “Ixchiq' çikunqunya virusuna məruz qalma riski yüksək olan 18 yaş və yuxarı insanlar üçün təsdiq edilmişdir", – deyə açıqlamada bildirilir.

Son 15 ildə 5 milyon yoluxma hadisəsi

Son 15 ildə ən az 5 milyon Çikunqunya virusu hadisəsinin baş verdiyini bildirən FDA, “Ixchiq'in təhlükəsizliyini Şimali Amerikada 18 və daha yuxarı yaşda olan təxminən 3500 iştirakçını klinik araşdırmalara cəlb etdikdən sonra peyvənd olaraq qiymətləndirib.

Məlumdur ki, Aedes aegypti və Aedes albopictus ağcaqanadlarından insanlara keçən virus doğuş zamanı və ya əmizdirmə zamanı nadir hallarda anadan körpəyə keçir və insandan insana birbaşa ötürülməsinə dair heç bir dəlil yoxdur.

Yerli Tanzaniya dilində hərfi mənada “ikiqat əyilmə” mənasını verən Çikunqunya virusunun törətdiyi xəstəlik bu adı almışdır, çünki xəstədə oynaqların iltihabı və şiddətli ağrılar səbəbindən hərəkət və duruşda məhdudiyyətlər yaranır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev