Dünyanın müxtəlif ölkələrində koronavirusa yoluxma statistikası
25.10.2020 09:40

Avropada koronavirus epidemiyasından ən çox təsirlənən Böyük Britaniyada virusa yoluxanların sayı artmaqda davam edir.

 

Aztibb.az xəbər verir ki, ötən gün Krallıqda daha 20 min 530 nəfər virusa yoluxub, 224 nəfər isə həyatını itirib.

 

Virusa yoluxma hallarının qarşısını almaq üçün hökumət tərəfindən mərhələli şəkildə karantin tədbirləri həyata keçirilir. Bir neçə bölgədə sərtləşdirilmiş karantin qaydaları tətbiq olunur.

 

İtaliyada koronavirusa yoluxanların sayı yenidən kəskin şəkildə artmağa başlayıb.

Bu ölkədə gündəlik yoluxma sayı 19 min 143 nəfər olub, ölənlərin sayı isə 91 nəfərdir. Fevral ayından bəri İtaliyada COVID-19 xəstəliyi ilə əlaqədar ölənlərin sayı artıq 37 min nəfəri ötüb. Hazırda ölkədə aktiv virus daşıyıcılarnın sayı 186 min nəfərdir, onlardan 10 min 549 nəfəri xəstəxana şəraitində müalicə olunur.

 

Kolumbiyada son sutkada 8769 yeni koronavirusa yoluxma hadisəsi qeydə alınıb. 

 

Bu barədə ölkənin Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

 

Türkiyədə 24 saat ərzində COVID-19-dan daha 69  nəfər ölüb.

 

Son sutkada 113 427 şübhəli koronavirus testindən keçib, onlardan 2091-nin cavabı pozitiv çıxıb, 1573 xəstə isə sağalaraq evə buraxılıb. 

 

Bu günə olan məlumata görə, İranda 5814 nəfər koronavirusa yoluxub, 335 nəfər isə vəfat edib.

 

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 562 min 705 nəfər, ölənlərin sayı isə 32 min 320 olub.

 

Ötən sutka ərzində Ermənistanda isə 2314 nəfə koronavirusa yoluxub. Ümumilikdə ölkəd bu xəstəliyə yoluxanların sayı 77 837 nəfərdir.

 

Bir gündə daha 23 nəfər COVID-19-dan ölüb. Bununla ölkədə bu xəstəlikdən ölənlərin sayı 1180 nəfər çatıb.

 

Gürcüstanda son sutka ərzində COVID-19 infeksiyasna 1 928 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 28 431  nəfərə, ölənlərin sayı 201 nəfərə çatıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib