Amerikalı alimlər dünyanın bir çox ölkələrində tif xəstəliyinin yayılma riski barədə xəbərdarlıq ediblər
13.11.2023 16:40

Mövcud dərmanlara davamlı olan tif xəstəliyinin yayılması Əfqanıstan, Tailand və bir sıra digər ölkələrdə də baş verə bilər. Müvafiq xəbərdarlıq Yale İctimai Səhiyyə Məktəbinin amerikalı mütəxəssisləri tərəfindən verilib.


Aztibb.az “Planet Today” nəşrinə istinadən xəbər verir ki, söhbət 7 il əvvəl Pakistanda yaranan və o vaxtdan bəri orada ən geniş yayılan S.Typhi ştamından gedir.

 

Tifo qızdırması çirklənmiş qida və suyun istifadəsi ilə ötürülür.

 

Araşdırma zamanı alimlər Pakistandan digər ölkələrə uçuşların sayını da nəzərə alıblar. Nəticədə Əfqanıstan, Banqladeş, Hindistan, Şri-Lanka, İndoneziya, Malayziya, Filippin, Tailand, Uqanda və Keniyanın risk altında olduğu üzə çıxıb.


Qeyd edək ki, ÜST-nin təqdim etdiyi statistik məlumatlara əsasən, 2019-cu ildə dünyada ümumilikdə doqquz milyon insan tif xəstəliyinə yoluxub. Eyni zamanda, həmin dövrdə 110 min insan bu xəstəlikdən dünyasını dəyişib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev