ÜST artıq 65 yaşdan yuxarı insanları COVID üçün yüksək riskli qrupa daxil etmir
12.11.2023 12:53

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 ilə bağlı tövsiyələri yeniləyib. Xüsusilə, 65 yaşdan yuxarı insanları yüksək riskli qrupa daxil etməkdən imtina edib.


Aztibb.az “MedikForum” nəşrinə istinadən xəbər verir ki, bu barədə ÜST-ün Cenevrədəki baş qərargahında jurnalistlərə məlumat verilib. Bu direktivin izahında deyilir ki, COVID-19 virusunun mövcud variantları daha az ağır xəstəliyə səbəb olur və peyvənd səbəbindən immunitet daha yüksəkdir.


Orta risk kateqoriyasına əvvəllər yüksək riskli hesab edilən insanlar, o cümlədən 65 yaşdan yuxarı şəxslər, həmçinin piylənmə, şəkərli diabet, böyrək, qaraciyər, və xərçəng olanlar daxil edilirdi.


ÜST-ün sənədlərində qeyd olunur ki, bu qrupdakı xəstələr üçün təxmini xəstəxanaya yerləşdirmə nisbəti 3 faizdir. İmmuniteti zəif olan insanlar daha yüksək risk altında qalırlar. Belə xəstələrin xəstəxanaya yerləşdirilmə nisbəti 6 faizdir.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev