Ailələrə sosial media xəbərdarlığı!
12.11.2023 12:00

Sosial mediadan istifadə gündən-günə genişləndikcə ailələr bu vəziyyətin övladlarına mənfi təsirindən qorunmağın yollarını axtarırlar.


Aztibb.az “CNN Turk”ə istinadən xəbər verir ki, ünsiyyət üzrə mütəxəssis və pedaqoq Qamze Nurluoğlu rəqəmsal valideynlik məsələsinə diqqət çəkərək, uşaqlarının sosial mediadan istifadə etməsində valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

Rəqəmsal valideynlik anlayışına diqqət çəkən mütəxəssis bir çox valideynlərin uşaqlarını kiber zorakılıq kimi rəqəmsal dünyanın neqativlərindən qorumaq üçün üsullar araşdırdığını qeyd edib.


O, uşaqlara zərər verə biləcək sosial media paylaşımlarının uşaqların maraqlarını cəlb edərək, onları təcavüz, kiber zorakılıq kimi neqativlərə meylləndirdiyini vurğulayıb:


İnkişaf çağındakı uşaqlar bu amillərdən daha çox təsirlənir. Bu mərhələdə valideynlərin üzərinə böyük vəzifələr düşür. Lakin uşaqları sosial medianın mənfi təsirlərindən qorumaq üçün istifadənin məhdudlaşdırılması kifayət deyil. Ailələr buna şüurlu yanaşmalı, rəqəmsal istifadəni tənzimləməli və uşaq böyüdükcə rəqəmsal istifadəni formalaşdırmalıdır".


“Çoxumuz sosial mediada şəxsi həyatımızın fotolarını paylaşırıq. Bunu edərkən, təkcə öz məxfiliyini deyil, həm də uşağının məxfiliyini ehtiva edən valideynlər var. Hətta görürük ki, övladlarının adına hesab açılıb, adından istifadə olunub. Paylaşma adlanan bu vəziyyət yanlış davranış modelidir. Çünki uşaqların məktəb və uşaq bağçası məlumatlarının açıq şəkildə ifadə edilməsi və onların fotoşəkillərinin paylaşılması rəqəmsal iz yaradır”, – deyə mütəxəssis bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev