Xərçəng haqqında 3 yanlış fikir diaqnoz və müalicəni gecikdirir
12.11.2023 12:16

Son illərdə getdikcə daha çox yayılan və zamanımızın qorxulu xəstəliyi olmağa davam edən xərçəngin əmələ gəlməsində genetik faktorlarla yanaşı ətraf mühit faktorları da böyük rol oynayır.


Aztibb.az “CNN Turk”ə istinadən xəbər verir ki, onkologiya mütəxəssislərinin bildirdiyinə görə, siqaret və spirtdən istifadədən günəşin zərərli şüalarına məruz qalmaya, qeyri-sağlam qidalanmadan hərəkətsizliyə, stressdən yüksək dozada rentgen və kimyəvi maddələrlə təmaslara qədər bir çox faktorlar xərçəng xəstəliyinin artmasına səbəb olur.


Prof. Dr. Özge Gümüşay xərçəngin dünya səviyyəsində əhəmiyyətli bir sağlamlıq problemi olmağa davam etdiyini ifadə edərək, 2023-cü ildə açıqlanan statistikaya görə, həyat boyu xərçəngə tutulma ehtimalının kişilərdə təxminən 41, qadınlarda isə 39 faiz olduğunu deyib:


“Xərçəng diaqnozu qoyulan insanlar diaqnozu öyrəndikdən sonra narahat olur, qorxur və beyinlərində çoxlu suallar yaranır. Cəmiyyətdə xərçəngin diaqnozu və müalicəsi ilə bağlı bəzi yanlış inanclar da bu prosesi çətinləşdirir".


Professor xərçənglə bağlı yayılan 3 yanlış təsəvvürü sadalayıb, mühüm xəbərdarlıq və təkliflər verib.


Alternatev müalicə üsulları zərərsiz və hətta faydalıdır: YANLIŞ!


HƏQİQƏT: Alternativ müalicə adlanan üsullar və bitki mənşəli məhsullar xərçəng müalicəsində istifadə edilən tibbi üsulları əvəz edə bilməz və xəstəliyin gedişatına mənfi təsir göstərə bilər. Xərçəng xəstələri üçün ən çox istifadə edilən alternativ müalicə bitki mənşəli dərmanlardır. Bitki mənşəli məhsullar xərçəng müalicəsinin effektivliyini azalda və ya yan təsirlərini artıra bilər.


Bundan əlavə, bəzi bitki mənşəli məhsulların etibarlılığı və keyfiyyəti ilə bağlı problemlər ola bilər. Bu səbəbdən onkoloqunuzun tövsiyəsi olmadan xərçəng müalicəsi zamanı belə məhsullardan istifadə etməməlisiniz.


Xərçəngin müalicəsi zamanı daimi istirahət tələb olunur: YANLIŞ!


HƏQİQƏT: Aparılan araşdırmalar göstərir ki, xəstələrin kimyaterapiya alarkən qısa gəzintilər kimi idmanı həm müalicəyə uyğunluğu, həm də müalicənin müvəffəqiyyətini artırır.


Müalicədən sonrakı günlərdə xəstənin özünü zəif və yorğun hiss edə biləcəyi üçün dincəlməsi normal olsa da, müalicə müddətində hərəkətsiz qalmamağa diqqət etmələri və onları yormayacaq şəkildə idman etmələri tövsiyə olunur.


Xərçəngin müalicəsi yalnız kimya və radioterapiyadan ibarətdir: YANLIŞ!


HƏQİQƏT: Xərçəngin müalicəsində istifadə edilən üsullar xəstəliyin növü və mərhələsindən və xəstənin ümumi sağlamlıq vəziyyətindən asılı olaraq dəyişə bilər. Kimyaterapiya və radioterapiya xərçəngin müalicəsində istifadə edilən üsullardan yalnız ikisidir.


Bundan başqa, məqsədyönlü dərmanlar və immunoterapiya kimi müalicələrlə xərçəngin müalicəsində qənaətbəxş nəticələr əldə edilir. Xərçəngin müalicəsində cərrahi müdaxilə xəstəliyin növü və mərhələsinə görə tətbiq edilir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev