Xərçəng xəstələri və ağır yaralı qəzzalıların Türkiyəyə köçürülməsi planlaşdırılır
11.11.2023 15:36

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca, xərçəng xəstələrinin və fövqəladə vəziyyətdə olan qəzzalıların Türkiyəyə köçürülməsinin planlaşdırıldığını açıqlayıb.


Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, səhiyyə naziri Fahrettin Koca sosial media hesabından verdiyi açıqlamada bu sözləri deyib:


"Əvvəllər bizə məlumat verilmiş və təcili müalicəyə ehtiyacı olan 1000-ə yaxın xəstə və yaralı, xüsusilə də Qəzzada Türkiyə-Fələstin Dostluq Xəstəxanasında müalicə alan xərçəng xəstələri Rəfah sərhəd qapısına köçürülüblər. Daha sonra xərçəng xəstələrinin və vəziyyəti təcili olanların təcili tibbi yardım təyyarələri və gəmi xəstəxanası ilə ölkəmizə köçürülməsi nəzərdə tutulur".


Türkiyə gəmilərinin Misir limanlarına daxil olmasına icazə verilib. Nazir F.Koca Türkiyənin müalicədə istifadə edilmək üçün Misirə göndərmək istədiyi səhra xəstəxanaları və təcili yardım maşınlarının daşınması üçün hər an hazır vəziyyətdə saxlanılan 2 türk gəmisi üçün Misir limanlarına girməyə icazə verildiyi məlumatını da paylaşıb.


Fahrettin Koca da açıqlamasında bunları qeyd edib:


"Qəzzalı qardaş və bacılarımızın müalicəsi üçün Fələstin naziri ilə qurduğumuz bu yaxın və unudulmaz əməkdaşlığın Misirlə ölkəmiz arasında səhiyyə sahəsində mövcud əməkdaşlığı da sürətləndirəcəyinə inamımız artırıb. Bu, böyük xoşbəxtlikdir ki, bəşəriyyət Qəzzada xəstələrə və yaralılara şəfa verə bilsin”.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev