İmmunoloq COVID-19-a qarşı ən yaxşı peyvəndləri sadaladı
11.11.2023 09:00

Allerqoloq-immunoloq Vladimir Bolibok koronavirus hadisələrinin yeni dalğasından nə gözləyəcəyini bildirib.


Aztibb.az “Actual News” portalına istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, yoluxmuş insanların sayının artması daha çox COVID-19-un yayılması ilə deyil, diaqnostikanın təkmilləşdirilməsi ilə bağlıdır.


Həkimin qeyd edib ki, zaman keçdikcə koronavirus qrip kimi mövsümi xəstəliyə çevriləcək.


“Koronavirusun müxtəlif növlərinin tamamilə təsadüfi dövriyyəsi başladı. Əgər əvvəllər bizdə bir ştam digəri ilə əvəz olunurdusa və buna görə klassik epidemiya dalğası yaranırdısa, indi müxtəlif ştamlar eyni vaxtda dövr etməyə başlayıb. Amma bu, sadəcə olaraq o deməkdir ki, koronavirusun özü belə alt növlərə bölünərək mövsümi xarakter alır”, – həkim vurğulayıb.


Əlavə edib ki, yeni COVID-19 “Pirola” ştamı ciddi təhlükə yaratmır. Bu növ koronavirus daha yoluxucudur, lakin ağır formalara səbəb olmur. Həkim CoviVac və Convasel-i koronavirusun mövcud ştamlarına qarşı ən uyğun vaksinlər hesab edib.


Həkim Sputnik V-nin artıq COVID-19-un mövcud variantlarına qarşı effektiv olmadığını deyib, buna görə də elm adamları peyvəndi yeniləyəcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev