Cərrahlar bir həftə davam edən ereksiyadan sonra kişinin cinsiyyət orqanını amputasiya ediblər
10.11.2023 14:21

Balidə cərrahlar bir həftə ağrılı ereksiyadan sonra yaşlı kişinin cinsiyyət orqanını amputasiya etmək məcburiyyətində qalıblar.


Aztibb.az “Planet Today” nəşrinə istinadən xəbər verir ki, “Urology Case Reports” tibb jurnalının məlumatına görə, 63 yaşlı xəstədə heç bir cinsi stimullaşdırma olmadan özbaşına ereksiyaya başlayıb. O, həmçinin qısa müddətdəı səbəbsiz çəki itirib.


Tibbi müayinələr kişidə böyrək xərçəngi olduğunu göstərib. Qarında ağrı və sidikdə qan izləri görünüb.Patologiyanın səbəbi böyrək borularında malign hüceyrələrin meydana gəlməsi olub.


Balili cərrahlar kişinin cinsiyyət orqanından qan çıxararaq vəziyyətini yüngülləşdirməyə çalışıblar. Bu kömək etməyib, buna görə mütəxəssislər orqanda şunt quraşdırıblar.


Ultrasəsdən sonra şiş hüceyrələrinin artıq cinsiyyət orqanlarına çatdığı məlum olub ki, bu da sabit ereksiyaya səbəb olub. Sonra cərrahlar penisin amputasiyasını həyata keçiriblər.


Hazırda xəstənin vəziyyəti yaxşıdır, sidik ifrazında heç bir problem yoxdur.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev