Payızda uşağın sağlamlığına necə nəzarət etməli?
09.11.2023 10:41

İnfeksionist, pediatr Yevgeni Timakov qeyri-sabit payız dövründə uşağın sağlamlığını qorumaq üçün riayət edilməli olan bir sıra vacib qaydaları sadaladı.


Aztibb.az “SM News” xəbər agentliyinə istinadən yazır ki, həkimin bildiridiyinə görə, nə qədər ki, hava kifayət qədər rahat və istidir, ümumi tövsiyələrə əsasən uşaq hava şəraitinə uyğun geyinməli və çox bükülməməlidir.


Bu gün payız-qış dövrünə hazırlıqdan danışmaq çətindir, çünki payız hələ ki isti keçir. Deməli, çətin ki, bununla bağlı nəyisə kökündən dəyişmək mümkün olsun.


“İndi tərləmənin qarşısını almaq tövsiyə olunur. Çünki məsələn, mümkün temperatur kontrastı ağır hipotermiya, bronxit, boğaz ağrısı və sidik yollarının xəstəlikləri ilə nəticələnə bilər "– deyə Timakov aydınlıq gətirib.


Gündəlik rejimdən danışan həkim qeyd edib ki, məktəb tətilində uşaq daha çox dincəlməli, fəaliyyət sahəsini dəyişməlidir.


“Uşağınızı əyləncə tədbirinə aparacaqsınızsa, onun vəziyyətinə fikir vermək vacibdir. Beləliklə, əgər siz onda kataral simptomları - burun axması və ya öskürək, hətta teperaturu müşahidə etsəniz, başqalarını yoluxdurmamaq üçün onu ictimai yerlərə aparmamalısınız", - həkim vurğulayıb.


Digər vacib tövsiyə odur ki, qış ərəfəsində vitamin qəbul etmək vacibdir: “İndi mövsüm bunun üçün əlverişlidir. Tərəvəzlərə, meyvələrə və giləmeyvələrə diqqət yetirin. Ümumiyyətlə uşaq maksimum dərəcədə faydalı xassələrlə dolu olan təbii məhsullara üstünlük verməlidir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev