Böyük Britaniya, Türkiyə, Gürcüstan və Ermənistanda gündəlik koronavirusa yoluxma STATİSTİKASI
24.10.2020 12:34

Böyük Britaniyada son sutka ərzində 20 530 nəfər koronavirusa yoluxub.

 

Aztibb.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

 

Məlumata görə, son sutkada 224 nəfər də koronavirusdan həyatını itirib. Bununla da hazırda Britaniyada koronavirusa yoluxanların sayı 830 998 nəfərə, ölənlərin sayı isə 44 571 nəfərə çatıb.

 

Türkiyədə son 24 saatda COVID-19-dan daha 74 nəfər ölüb.

 

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

 

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 115 979 şübhəli koronavirus testindən keçib, onlardan 2165-nin cavabı pozitiv çıxıb, 1493 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1648 nəfər olub.

 

Gürcüstanda son sutkada 1 941 nəfərdə COVID-19 aşkarlanıb, 350 nəfər sağalıb, 10 koronavirus xəstəsi isə həyatını itirib.

 

Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 26 min 503 nəfərə, ölənlərin sayı isə 193-ə çatıb.

 

Ermənistanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı yenə də kəskin artıb. Son 24 saat ərzində ölkədə daha 2 min 213 nəfərdə koronavirus aşkarlanıb, 12 nəfər bu xəstəlikdən ölüb.

 

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 75 min 523-ə, pandemiya qurbanlarının ümumi sayı isə 1157-ə çatıb.

 

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib