Alimlər hesab edirlər ki, planetlərdən biri həyat üçün uyğun ola bilər
07.11.2023 10:47

Rusiya Elmlər Akademiyasının alimi Sergey İpatov bəyan edib ki, B ekzoplanetinə çatan suyun miqdarı Yer kürəsindəki suyun miqdarından çox ola bilər.

Aztibb.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, açıqlamaya görə, Yerə ən yaxın olan Proksima Sentavr ulduzunun planetlərindən biri potensial olaraq yaşayış üçün yararlıdır. Alimlər bu ulduz sisteminin üç planetinin su tərkibini qiymətləndirdikdən sonra belə qənaətə gəliblər.

"Bu gün 5 mindən çox məlum ekzoplanetlərdən Yerə ən yaxın olanı Proksima Sentavr sistemindəki ekzoplanetlərdir, C ekzoplaneti buz xəttinin kənarında yerləşir, lakin B ekzoplaneti potensial olaraq yaşayış üçün yararlı ola bilər. Müəyyən edilib ki, B ekzoplanetinə çatdırılan suyun miqdarı nəhəng planetlər zonasından Yerə çatdırılan suyun miqdarından və Yer okeanlarındakı suyun kütləsindən çox ola bilər”, - S.İpatov bildirib.

Alimlər hesablayıblar ki, Proksima Sentavr ulduzunun kütləsi Günəşin kütləsindən təxminən 10 dəfə azdır. Bu halda B planeti buz xəttinə nisbətən ulduza daha yaxın yaşayış zonasındadır. Bu planetin kütləsi Yerin kütləsindən bir qədər böyükdür. Bu planetdə həyat üçün lazım olan su C planetinin orbitinin yaxınlığından çatdırıla bilərdi. Eyni zamanda, D planeti ulduza B planetindən daha yaxındır və kütləsi planetinkindən təxminən dörd dəfə azdır.

“Alınan nəticələrin təhlili göstərib ki, buzlu ilkin cisimlərin mümkün qarşılıqlı cazibə təsirindən asılı olaraq, C planetinin qidalanma zonasından B planetinə çatdırılan materialın ümumi kütləsi 0,002 ilə 0,015 Yer kütləsi aralığında ola bilər. Eyni zamanda, çox güman ki, Proksima Sentavr B planetinə çatdırılan suyun miqdarı Yer okeanlarındakı su kütləsindən artıqdır”, - deyə alim əlavə edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev