HuffPost: Cəmiyyətdən təcrid olunmaq zehni tez bir zamanda zəyiflədir
06.11.2023 14:30

ABŞ-dan olan nevroloqlar hesab edirlər ki, beynin qocalması ən sürətlə subay insanlarda və gecə işləmək məcburiyyətində olanlarda baş verir.

Aztibb.az xəbər verir ki, amerikalı nevroloqlar Zaldi Tan və Randall Rayt “HuffPost”a müsahibəsində qeyd etdikləri kimi cəmiyyətdən təcrid olunmaq zehnin çevikliyinə mənfi təsir göstərir. Ünsiyyətdən məhrum olan insan informasiyanı effektiv emal etmək qabiliyyətini itirir ki, bu da ən sadə gündəlik qərarları belə qəbul etməyi çətinləşdirir.

Müsahibədə bildirilir ki, beyin funksiyalarında disbalans var, zəruri təcrübədən məhrum olan sinir yolları zəifləyir. Diqqət dağılmağa başlayır ki, bu da öz növbəsində koqnitiv funksiyaların aşağı düşməsini sürətləndirir.

Zehni qabiliyyətlərin azalmasının digər amilləri də var - gecə işləmək və oturaq həyat tərzi. Normal yuxu beynin yenilənməsinə və toksinlərdən təmizlənməsinə kömək edir, lakin yuxunun olmaması və sirkadiyalı ritmlərin pozulması bu prosesləri çətinləşdirir. Alzheimer xəstəliyinin inkişafı üçün xarakterik olan proseslərə bənzərlik inkişaf edir.

Qan təzyiqindəki dalğalanmalar, yeni şeylər öyrənmək və inkişaf etmək istəməməsi də demensiyaya səbəb olur. Buna görə də, təhsil səviyyəsi yüksək olan insanlarda neyrodegenerativ xəstəliklərə daha az rast gəlinir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev