COVID-19 pandemiyası zamanı yaşlıların koqnitiv performansı azalır
09.11.2023 10:12

Ekseter Universiteti və London Kral Kollecinin alimləri COVID-19 pandemiyası səbəbindən 50 yaşdan yuxarı insanların idrak qabiliyyətlərinin pisləşdiyini müəyyən ediblər.

Aztibb.az “The Lancet”ə istinadən xəbər verir ki, Alimlər 50-90 yaş arası üç mindən çox internet istifadəçisinin iştirak etdiyi onlayn araşdırma aparıblar.

Subyektlərdən koqnitiv funksiyanı qiymətləndirmək üçün testdən keçmələri istənilib. Nəticələrin təhlili göstərib ki, pandemiyanın ilk ilində koqnitiv tənəzzül xeyli sürətlənib. Alimlər hesab edirlər ki, məkan oriyentasiyası, yaddaş, məlumatın işlənməsi və təhlili bacarıqları 50% sürətlə pisləşməyə başlayıb.

Tədqiqatçılar bunun yaşlı insanların özünü təcrid rejiminə daha uzun müddət riayət etmələri ilə əlaqədar ola biləcəyini irəli sürüblər. Onlar daha az hərəkət edir, dostları və ailəsi ilə daha az ünsiyyət qurur, daha çox spirtli içki qəbul edirdilər.

Tədqiqat müəllifləri qeyd ediblər ki, belə şəraitdə yaşamaq yaşlı insanlarda demansın inkişaf riskini artırır. Alimlər 50 yaşdan yuxarı insanlara sağlamlıqlarında baş verən dəyişiklikləri yaxından izləməyi və koqnitiv pozğunluqlar olduqda həkimə müraciət etməyi tövsiyə ediblər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev